Biləsuvarda avtomobil aşıb, sərnişin ölüb
Kateqoriya məlum deyilAziza Ezizezeynal
T
Biləsuvar rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb, sürücü xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.






