Polisdən ƏMƏLİYYAT - SAXLANILANLAR VAR - FOTO

Polisdən ƏMƏLİYYAT - SAXLANILANLAR VAR - FOTO

Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və marixuana aşkar edilib.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Əliyev Gülməmməd saxlanılıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

 

Bundan başqa Saatlı RPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.
Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

 

Həyata keçirilən digər tədbir zamanı rayonun Yeni Novruzlu kəndi ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsin Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Abbasov Emin olduğu da müəyyən edilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.   Sfera.az bildirir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.   Mütəxəssi...

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb...

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub. ...

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvado...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...