Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

13 iyun 2022-ci il tarixində kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Sfera.az-a bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

 

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib.

 

Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.

 

Xatırladaq ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində “İçərişəhər” DTMQ qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkildiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Namiq İslamzadəyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub.   Sfera.az report-a istina...

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

"Yüksəliş" müsabiqəsinə qabiliyyət imtahanının yeni imtahan korpusunda keçirilməsi yeni bir mərhələdir.   Sfera.az xəbər verir ki, bunu jur...

Ukrayna Prezidenti Çini sülh konfransına DƏVƏT ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Çini iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə dəvət edib.   Sfera.az RTL-yə istinadən xəbə...

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Həbsdə olan meyxanaçı Rəşad Dağlının qızı Betülün səhhətində problem yaranıb.   Sfera.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə meyxana ustadı...

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq aparılır - FOTOLAR

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir.    Sfera.az xəbər verir ki, monitorinq təd...

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

  “Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SS...