Tur təşkilatçısı baş verən qəzadan danışdı: "Sürücü ilə mübahisə yarandı..."

Tur təşkilatçısı baş verən qəzadan danışdı:

Xəbər verdiyimiz kimi, Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 11 nəfər yaralanıb. 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.


Hadisə ilə bağlı Sfera.az-a danışan tur təşkilatçısı Murad Qəhrəmanov deyib ki, hadisənin baş verməsində əsas günahkar sürücüdür:


“Əvvəla, baş verən hadisə ilə bağlı hamı kimi mən də təəssüflənirəm. Heç kəs belə bir hadisənin baş verməsini istəməzdi. Bununla belə, hadisənin fərqli məcralara çəkilməsi təəssüf doğurur. 


Ümumiyyətlə, həmin tur konkret bir tur şirkəti vasitəsilə təşkil edilməyib. Yəni heç də hər kəs tur şirkətləri ilə səyahət etmək istəmir. Bəzən müəyyən qruplar öncədən getmək istədikləri yeri müəyyən edir sadəcə, nəqliyyat və turun maraqlı keçməsi üçün bələdçi istəyirlər. Həmin qrup da məhz mənə mürciət edib onların səfərləri üçün nəqliyyat və bələdçi təşkil etməyimi istədilər.  Mən özüm uzun müddətdir turizm sektorunda fəaliyyət göstərdiyim üçün həm bələdçiləri, həm də sürücüləri tanıyıram. Tur öncəsi həm bələdçini, həm də sürücünü istər təhlükəsizlik qaydaları ilə, istərsə də tur iştirakçılarına davranışla bağlı təlimatlandırırıq”.


M.Qəhrəmanov bildirib ki, yolda sürücü ilə tur iştirakçıları arasında mübahisə yaranıb:


“Qəzanın baş verdiyini eşitdiyim anda dərhal hadisə yerinə getdim. Məndə olan məlumatlara görə, iştirakçılar turdan gec qayıtmaq istəyiblər. Sürücü isə başqa bir işinə tələsdiyini deyib. Yolda qrupla sürücü arasında mübahisə yaranıb. Sürücü qəzanın baş verdiyi yerdə dönməni düz hesablamadığı üçün qəza baş verib. Görüntülərdən də aydın görünür ki, sürücü yüksək sürətlə maşını idarə etdiyi üçün dönməni düzgün hesablaya bilməyib. Xoşbəxtlikdən avtobus yol kənarındakı səkiyə çırpılaraq uçuruma yuvarlanmaqdan xilas ola bilib”.  


Müsahibimiz xəsarət alanların yaxınları tərəfindən aqressiya və şiddətə məruz qalması barədə də danışıb:


“Mən həmin insanları anlayıram. Hadisənin şoku və o anki psixologiyaya görə aqressiv olmaları normaldır. Mən qəza sonrası həm hadisənin təfərrüatlarını öyrənmək, həm də xəsarət alan tur iştirakçıları ilə maraqlanmaq üçün orada idim. Xəsarət alanların yaxınlarından səbirli olmalarını, məsələni yoluna qoyacağımı desəm də, buna məhəl qoymayanlar oldu. Bəzi xəsarət alanların yaxınları mənə qarşı şiddət göstərdilər”. 


Təşkilatçının sözlərinə görə, qəza ilə bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir:


 “Təəssüf ki, hadisə ilə bağlı yanlış məlumatlar paylaşılıb. Hadisənin əsl üzünü bilmədən əsassız yalan məlumatlar paylaşmaq doğru deyil. Turda zərərçəkənlərin pulunun ödənilməməsinə dair yazılan məlumatlar doğru deyil”.

 

Turan Rzayev
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Toydan 12 gün sonra gəlinin kişi olduğuni öyrəndi

Onlayn tanışlıq və tələsik evlilik 26 yaşlı indoneziyalı üçün yumşaq desək, böyük həngamə ilə sonlanıb.    Sfera.az bildirir ki, toydan 12 gün b...

Heyli Biber hamiləliyini elan etdi - FOTO

30 yaşlı kanadalı müğənni Castin Biberin həyat yoldaşı, 27 yaşlı amerikalı model və televiziya ulduzu Heyli Biber son vaxtlar demək olar ki, ictimaiyyət qarşısı...

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...