Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partladı - YARALI VAR

Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partladı - YARALI VAR

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu”nda sursat partlayıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

 

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

 

“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.


OXŞAR XƏBƏRLƏR