SOCAR-ın işçisi bədbəxt hadisə nəticəsində öldü

SOCAR-ın işçisi bədbəxt hadisə nəticəsində öldü

 

Kompleks Qazma İşləri Trestinin "Anbar təsərrüfatı” bölümündə baş vermiş hadisənin səbəbləri araşdırılır.

 

Sfera.az SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı Anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

 

Dərhal hadisə yerinə çağrılmış təcili yardım maşını ilə o, Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, həkimlərin səyinə baxmayaraq Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb.

 

Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.



OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...

"Skype" tarixə qovuşdu

Amerikalı texnologiya nəhəngi "Microsoft"un məşhur "Skype" tətbiqi bu gündən etibarən fəaliyyətini dayandırıb.   Sfera.az xəbər v...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki bu barədə Milli Hidrome...