Mingəçevirdə yol qəzası oldu - Yaralananlar var
Kateqoriya məlum deyil
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə M.Maqomayev prospektində baş verib. "Hyunday" və "Şevrolet" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin 2010-cu il təvəllüdlü Murad Novruzlu və taksi xidməti kimi istifadə olunan avtomobilin 1985-ci il təvəllüdlü sürücüsü Bəylər İsmayılov xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./teleqraf






