“Günə 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” - Fahişəliyə məcbur edilən qadın

“Günə 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” - Fahişəliyə məcbur edilən qadın
Xaçmaz rayonundan bir neçə qadını işləmək adı ilə aldadaraq Türkiyəyə apararaq fahişəliyə məcbur edən Aynurənin məhkəməsi keçirilib.

Sfera.az xəbər verir ki, 62 yaşlı A.Quliyeva 2017-ci ilin iyun ayında Xaçmaz rayonu Xudat şəhərindəki evində kirayədə yaşayan Gülərə Türkiyənin Merzifon şəhərində iş təklif edib.

Gülər məhkəmədə ifadə verərək deyib ki, Aynurə ilə öncə Xaçmaz rayonunda çayxanada ofisiant işləyərkən tanış olub. Aynurə də həmin kafedə aşpaz işləyib: "Mənə dedi ki, həmin şəhərdə Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur və buna görə də uşağına baxa bilmir. Mənə təklif etdi ki, Cəmilənin uşağına baxıb günə 10 manat pul alacağam. Mən də razılaşdım, birgə Merzifona getdik. Cəmilə uşağı mənim yanımda qoyub özü gecələr kişilərlə görüşməyə gedirdi. Sonra Aynurə Cəmilədən borca pul götürdü və qaytara bilmədiyi üçün o da fahişəliyə başladı. Bir müddət sonra Aynurə ilə ayrıca kirayə ev tutub birgə fahişəlik edib Cəmiləyə olan borcu yığıb qaytardıq”.

Gülər ifadəsinin davamında qeyd edib ki, bir müddət sonra Aynurə Xaçmaza qayıdaraq kafelərin birində xadimə işləyən Rəvanə və Aygünü də özü ilə Türkiyəyə gətirib: "O qızları Yavuzun evinə apardı, onlardan xarici pasportları aldılar ki, itirməsinlər”.

Rəvanə ifadəsində bildirib ki, Yavuzun evinə getdikdən sonra həmin şəxs ora bir neçə kişini dəvət edib: "Aynurə dedi ki, bu kişilərlə cinsi əlaqədə olmalısınız. Bizim ona 450 manat borcumuz var idi. Biz borcu ödəmək üçün gündə 8-10 kişi ilə əlaqədə olurduq. Amma Aynurə bizə 50 lirə verirdi”.

Gülər əlavə edib ki, 10 gün onları istismar etdikdən sonra xarici pasportunu alaraq oradan gedib, lakin Rəvanə ilə Aygün Yavuzun evində qalıb: "Kişilərdən nə qədər pul aldıqlarını bilmirdik. Bəzən mən hansısa kişi ilə cinsi əlaqədə olmaqdan imtina edirdim. Onda Aynurə məni danlayıb fikrimdən daşındırmağa çalışırdı. Bəzən də kişilər bizi bəyənməyib əlaqədə olmurdu. Mən pasportumu alandan sonra Azərbaycana qayıtdım. Aynurə də gələndən donra ondan Türkiyədə işlədiyimiz vaxt bizi istismar edib aldığı pulları geri qaytarmasını tələb etdik. Aynurə isə pulları qaytarmadı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı

Aparıcı Hüsniyyə Məhərrəmova “Avroviziya-2024” müsabiqəsinin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edənlərə cavab verib.   Sf...

Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.   ...

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...