Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirildi
"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib. Bu barədə Sfera.az -a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti,