Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? - DOSYE
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
O, Prezidentini 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdi.
Qeyd edək ki, Y. Yusifov 1975-ci il dekabrın 26-da Samux rayonunda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1997-ci ildə Universiteti “Statistika” ixtisası üzrə bakalavr, 1999-cu ildə “Makroiqtisadi statistika” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci ali təhsilə yiyələnib.
2001-ci ildə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunda “Statistik məlumatların toplanması, işlənməsi, təhlili” mövzusunda ixtisasartırma kursunu bitirib.
2010-cu ildə “Azərbaycan Respublikasının nəqliyyat statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1998-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə işə daxil olub, həmin ildə baş məsləhətçi, 1999-cu ildə sektor müdiri, 2007-ci ildə isə şöbənin müdiri vəzifəsinə təyin olunubş, 2012-ci ildə Komitədə yeni yaradılmış Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə keçirilib.
Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var./ölkə.az






