Azərbaycanın müdafiə büdcəsində növbəti artım: Son 5 ilin dinamikası

Azərbaycanın müdafiə büdcəsində növbəti artım: Son 5 ilin dinamikası
Kateqoriya məlum deyil
T

2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat ayrılması nəzərdə tutulur. Bu vəsait büdcə xərclərinin 21 faizini təşkil edəcək.

Qeyd edək ki, son illərdə müdafiə və milli təhlükəsizlik xərclərində artım müşahidə olunur. Belə ki, 2023-cü ildə 5,85 milyard manat, 2024-cü ildə 6,56 milyard manat, 2025-ci ildə 8,07 milyard manat, 2026-cı ildə isə 8,7 milyard manat vəsait bu sahəyə ayrılıb.

İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması təhlükəsizlik sahəsində risklərin davam etməsi və silahlı qüvvələrin modernləşdirilməsi ilə bağlı ola bilər.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə bu istiqamətdə sabitliyin təmin olunması ilə bağlı gözləntilər yoxdur və dövlət təhlükəsizlik xərclərini artırmaqla ordunun və digər silahlı birləşmələrin imkanlarını gücləndirməyə çalışır:

“Dövlət təhlükəsizlik istiqamətində büdcəni artırmalıdır. Bu istiqamətdə hələ stabillik gözlənmir, gərginlik gözlənilir. Ordunun modernləşdirilməsi istiqamətində addım atmaq istəyir. Mümkündür ki, burada ordunun hərbi texnika ilə təchizatı nəzərdə tutulur”.

X.Kərimli vurğulayıb ki, milli təhlükəsizlik yalnız ordu ilə məhdudlaşmır:

"Müxtəlif silahlı qüvvələrin avadanlıq və silahlarla təchiz olunması, eləcə də modernləşdirilməsi bu istiqamətdə əlavə vəsait tələb edə bilər. Silahlı Qüvvələrin avadanlıqlarla, silahlarla təkmilləşdirilməsi, bu istiqamətdə modernləşdirmə işlərinin getməsi zəruri hesab olunur. Bu istiqamətə pul artırılmalıdır. Milli təhlükəsizliyin daha yaxşı qorunması vacibdir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR