Azərbaycanda əlillik alanların sayı niyə azalıb? – RƏQƏMLƏR

Azərbaycanda əlillik alanların sayı niyə azalıb? – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanda əlillik təyinatlarının sayında azalma qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında 35,3 min şəxsə əlillik təyin edilib.

Sfera.az bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 900 nəfər və ya təxminən 2,5 faiz azdır. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında 36,2 min şəxsə əlillik təyin edilmişdi.

Maraqlı məqam isə ilkin və təkrar əlillik təyinatları arasında fərqin yaranmasıdır. Bu ilin ilk səkkiz ayında 14,7 min şəxsə ilkin, 20,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Ötən ilin eyni dövründə ilkin təyinatların sayı 16,2 min, təkrar təyinatların sayı isə 20 min olub.

Beləliklə, bir il ərzində ilkin əlillik təyinatlarının sayı 1,5 min nəfər və ya 9,3 faiz azalıb. Əksinə, təkrar təyinatlarda 600 nəfərlik və ya 3 faizlik artım qeydə alınıb. Bu isə ümumi göstəricidəki azalmanın əsasən ilkin əlillik təyinatlarının sayının aşağı düşməsi ilə bağlı olduğunu göstərir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR