Sabah çimərliklərdə su 25 dərəcə olacaq
Kateqoriya məlum deyil
Abşeron çimərliklərində sabah gözlənilən hava şəraiti açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Bildirilib ki, sabah mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.






