Logo

Bölgələrdə yanğına görə 5 nəfər saxlanıldı

Bölgələrdə yanğına görə 5 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlı rayonunun Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR