Xankəndiyə daha 22 ailə köçürüldü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Sfera.az xəbər verir ki, növbəti mərhələdə Xankəndi şəhərinə ümumilikdə 102 nəfərdən ibarət 22 ailə köçürülüb.
Doğma yurda qayıdan ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.
Xankəndiyə qayıdan sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.






