Logo

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Sfera.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.

Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq sözügedən vəzifəyə təyin olunmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR