Hərbi əməliyyatlar sona qədər davam etdiriləcək - İran

Kateqoriya məlum deyil
T
İslamic Revolutionary Guard Corps (IRGC) İranın hərbi əməliyyatlarının “düşmən qəti şəkildə məğlub edilənə qədər” davam edəcəyini bəyan edib.
Sfera.az xəbər verir ki, qurumun yaydığı rəsmi açıqlamada bildirilib ki, Yaxın Şərq regionunda yerləşən bütün İsrail və ABŞ hərbi hədəfləri “İran raketlərinin güclü zərbələri ilə vurulub”.
“Bu əməliyyat fasiləsiz və ardıcıl şəkildə davam edəcək və yalnız düşmən tam məğlub edildikdən sonra dayandırılacaq”, - deyə bəyanatda vurğulanıb.
IRGC həmçinin qeyd edib ki, region üzrə yerləşən bütün ABŞ hərbi obyektləri və aktivləri İran Silahlı Qüvvələri tərəfindən qanuni hədəf hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az
