Xamenei və Pezeşkian öldürülüb?

Xamenei və Pezeşkian öldürülüb?
Kateqoriya məlum deyil
T

Bu səhər İsrailin İrana hücumları Ali Rəhbər Əli Xamenei və Prezident Məsud Pezeşkianı hədəf alıb.

 

Sfera.az “The times of İsrael”ə istinadla xəbər verir ki, bunu İsrail rəsmisi bildirib.

 

Rəsmi məlumata görə, digər yüksək rütbəli rejim və hərbi komandirlər də hədəfə alınıb.

 

Rəsmi şəxs bildirib ki, hücumların nəticələri hazırda bəlli deyil.

 

Daha əvvəl İranın “Tasnim” xəbər agentliyi Pezeşkianın tam sağlam olduğunu bildirmişdi.

 

Bir neçə dəqiqə əvvəl İsrailin 12-ci kanalı adı açıqlanmayan İsrail mənbələrinə istinadən bildirib ki, İsrail İrana indiyə qədər edilən hücumların İran rəhbərliyini aradan qaldırmaq məqsədində "çox yüksək uğur" qazandığını qiymətləndirir.

 

Hesabatda qiymətləndirmənin yüksək rütbəli komandirlərlə və İran Prezidenti Məsud Pezeşkianla bağlı olduğu bildirilir.  

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ