İran bir neçə ölkəyə hücum edib

İran eyni anda bir neçə ölkəyə doğru raket və PUA hücumunu həyata keçirib.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi və Küveyt ərazisində partlayış səsləri eşidilib.
“Al-Jazeera Arabic” telekanalı isə Küveytdə partlayış səslərinin eşidildiyini və hadisə fonunda xəbərdarlıq siqnallarının işə salındığını bildirib.
Hər iki ölkədə səlahiyyətli qurumların vəziyyəti nəzarətdə saxladığı qeyd olunur. Dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat hələ açıqlanmayıb. Regionda baş verən son hadisələr fonunda gərginlik davam edir.
Adıçəkilən ölkələrdən başqa Bəhreyndə də həyəcan siqnalının səsi eşidilib. Güman olunur ki, Bəhreyn istiqamətində də raket və PUA hücumu olub.
Bəsti Rəfizadə
Sfera.az
