Sevgililər günü üçün hansı güllər alınır? – REPORTAJ

Sevgililər günü üçün hansı güllər alınır? – REPORTAJ
Kateqoriya məlum deyil
T

14 fevral Sevgililər Günü dünyada sevgi və romantikanın simvolu kimi qeyd olunur. Bu gün münasibətlərdə hisslərin açıq ifadəsi, diqqət və qayğının paylaşılması ilə seçilir.

 

Cütlüklər bir-birinə hədiyyələr verir, birlikdə vaxt keçirir və sevgilərini müxtəlif yollarla nümayiş etdirirlər. Sevgililər günü eyni zamanda sevginin yalnız romantik münasibətlərdə deyil, ümumilikdə bir dəyər olduğunu xatırladır. Həmin gün ən çox seçilən hədiyyələrdən biri isə güllərdir.

 

 

Sfera.az-ın əməkdaşları güllərin qiymətlərini və ən çox hansı növlərə üstünlük verildiyini öyrənmək üçün metronun “28 May” və “Nizami” stansiyalarının yaxınlığındakı gül mağazalarına baş çəkiblər.

 

Satıcı Sərxan Quliyev bildirib ki, qadınlar daha çox qızılgül və pionlara üstünlük verirlər:

 

 

“Dəb yavaş-yavaş dəyişir, artıq başqa güllərə üstünlük verənlər də çoxalıb. Kişilər isə əsasən qadınların sevdiyi gülləri seçirlər. Əvvəllər ən bahalı buketlərin qiyməti 1500-2000 manat arası olurdu. İndi isə bu rəqəm 500-1000 manat arasında dəyişir. Ən çox tələbat qızılgülədir. Buketlərin qiyməti 20-25 manatdan başlayaraq 1000 manata qədər yüksələ bilər. Ötən illərlə müqayisədə ciddi dəyişiklik yoxdur, satışlarımız stabildir”.

 

Digər satıcı Rahim Məhərrəmov isə qadınların daha çox çəhrayı güllərə üstünlük verdiyini deyib:

 

 

“Kişilər arasında krem, ağ, qırmızı və son zamanlar trendə uyğun olaraq narıncı rənglər populyardır. Ən baha buketimiz 300 manata qədərdir. Qiymət güllərin sayından asılıdır-məsələn, 11 ədəd ayrı, 20 ədəd ayrı qiymətə olur. Ötən illə müqayisədə qiymətlərdə dəyişiklik yoxdur, münasib qiymətlərlə satış edirik”.

 

Satıcı Əli Əliyevin sözlərinə görə isə qadınlar əsasən çobanyastığı, tülpan və qızılgülə üstünlük verirlər:

 

 

“Kişilər isə daha çox qızılgül alırlar. Ən baha satdığımız güllərin qiyməti 1000, 2000, hətta 3000 manata qədər dəyişə bilir. Lakin ən çox satılan güllər qızılgül və tülpandır. Qiymətlər 20 manatdan başlayır və əsasən 200 manata qədər yüksəlir. Ötən illə müqayisədə artım var. Demək olar ki, hər güldə 50 qəpikdən 1 manata qədər bahalaşma müşahidə olunur”.

 

Ruslan Əliyev də qadınların daha çox lalə və qızılgül seçdiyini bildirib:

 

 

“Qızılgülün xüsusilə çəhrayı rəngi sevilir. Lalənin isə demək olar ki, bütün rənglərinə maraq var. Kişilər əsasən qadınların istəyinə uyğun seçim edirlər. Əsasən qızılgül alınır, amma yaşlı nəsil daha çox qərənfilə üstünlük verir. Ən baha buketimiz 810 manat olub. 14 fevrala özəl olaraq laləyə maraq artır. Qiymətlər 20 manatdan başlayır. Alış qiymətlərində artım var, amma bunu hələ satış qiymətlərinə tam əks etdirməmişik”.

 

Eyni zamanda Sevgililər günü ərəfəsində yalnız güllərə deyil, yumşaq oyuncaqlara da maraq artır. Xüsusilə oyuncaq ayılar və müxtəlif ölçülü “mişkalar” ən çox seçilən hədiyyələr sırasındadır.

 

Satıcıların sözlərinə görə, bu məhsullara tələbat hər il olduğu kimi bu il də yüksəkdir. Qiymətlər ölçüyə və keyfiyyətə görə dəyişir.

 

 

Kiçik ölçülü oyuncaq ayıların qiyməti əsasən 20 manatdan başlayır. Orta ölçülü modellər 40-60 manat aralığında təklif olunur. Böyük ölçülü, dekorativ və daha keyfiyyətli materialdan hazırlanan ayıların qiyməti isə 80-100 manat arasında dəyişir.

 

Bəzi xüsusi dizaynlı və iri ölçülü modellərin qiyməti bundan da yüksək ola bilər. Beləliklə, Sevgililər günü ərəfəsində gül bazarında ciddi qiymət sıçrayışı müşahidə olunmasa da, bəzi növlərdə müəyyən artımlar var. Ən çox tələbat isə ənənəvi olaraq qızılgülə qalır.

 

Fidan Hacızadə

Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
PAYLAŞ