Logo

Vüqar Məmmədovun həbs müddəti UZADILDI

Vüqar Məmmədovun həbs müddəti UZADILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Sfera.az apa-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR