Orban enerji təhlükəsizliyinə zəmanət istəyir - Saziş imzalanacaq

Orban enerji təhlükəsizliyinə zəmanət istəyir - Saziş imzalanacaq
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Viktor Orbanın Vaşinqtona səfəri çərçivəsində ABŞ ilə ölkənin enerji təhlükəsizliyinə zəmanət verəcək iqtisadi əməkdaşlıq sazişləri imzalamağı planlaşdırılır. 


Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici işlər naziri Peter Siyarto Orbanın noyabrın 7-də ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşü ərəfəsində məlumat verib.


Siyartonun sözlərinə görə, danışıqlar gündəliyinin əsas hissəsini iqtisadi və enerji sahəsində əməkdaşlığa dair kompleks tədbirlər paketi təşkil edəcək:


 “Son həftələr və aylarda bu sənədlərin hazırlanması üzərində intensiv işlədik. Əminəm ki, bu sazişlər Amerika investisiyalarının Macarıstan iqtisadiyyatına axınını asanlaşdıracaq və ölkənin enerji təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edəcək”, – deyə o bildirib.

 

Macarıstan hökuməti daha əvvəl ABŞ-nin Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalardan azad olmaq istədiyini bəyan etmişdi. Viktor Orbanın Ağ Evdə keçiriləcək görüşdə Trampla bu məsələni də müzakirə edəcəyi gözlənilir.


Bundan əlavə, Budapeşt ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir. Gələcəkdə Rusiya yanacağı ilə yanaşı, “Paks Atom Elektrik Stansiyası” üçün ABŞ istehsalı olan nüvə yanacağının da tədarükü nəzərdən keçirilir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR