Milli kimliyimizin məbədi

Milli kimliyimizin məbədi
Kateqoriya məlum deyil
T

"Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan yığıncaqda çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm mesajlar verərək bu zəngin elm məbədimizin şanlı tarixindəki rolunu, müasir inkişafımızdakı əhəmiyyətini dəyərləndirdi". 

 

Sfera.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubileyi ilə bağlı çıxışını şərh edərkən bildirib. 


V.Abdullayev qeyd edib ki, Elmlər Akademiyası həqiqətən də elmi  dəyərlərimizin istinadgahı, simvoludur, elmimizin simasıdır:

 

"Bu ali məbəd dünya elminə görkəmli ailmlər - Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Eldar Salayev, Heydər Hüseynov, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Zərifə Əliyeva, Aida İmanquliyeva, Həsən Əliyev kimi Azərbaycan elminin qızıl fondunu bəxş edib.

Bu elm məxəzində yüzlərlə alim həyatlarını Akademiyanın inkişafına hərd edərək parlaq və sanballı şəxsiyyətlər kimi Azərbaycanda dəyərli alimlər yetişdiriblər. Onların böyük bir qismi hazırda Türkiy, Rusiya, Ukrayna,  ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla elmi fəaliyyətlərini davam etdirirlər".


V.Abdullayevin fikrincə, Azərbaycan elminin inkişafında, Elmlər Akademiyasının yüksəlişində Ulu öndər Heydər Əliyevin əvəzsszi xidmətləri çox böyükdür:

 

"Ulu öndər Akademiyanı “Müqəddəs elm ocağı” adlandırırdı. O, hələ ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə Akademiyaya xüsusi qayğı ilə yanaşaraq 30 dekabr 1969-cu ildə 25 illik yubileyinin keçirilməsi haqqında tarixi qərar imzalamışdı. 70-ci ilərdə Ulu öndər Akademiyanın müxtəlif institut və bölmələrini yaratmaqla elmimizin inkişafına töhfələr vermişdir.
Onun təşkilatçılıq istedadı nəticəsində Elmlər Akademiyası dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Çoxəsrlik tariximizdə ilk universal milli 10 cildlik Azərbaycan Ensiklopediyası da Heydər Əliyevin təşəbbüsü ilə nəşr edildi.
Çox təəssüf ki, AXCP-Müsavat hakimiyyəti dövründə bütün elmi strukturlar sıradan çıxardıldığı kimi, burada biganəliklə üzləşən alimlərimiz dözülməz çətinliklər yaşadı. Hətta o dövrdə Elmlər Akademiyasının bağlanması məsələsi meydana çıxmışdı.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra bu qara buludlar da Akademiyanın üzərindən təmizləndi. O, 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında alimlərlə görüşərək xüsusi ehtiramını ifadə etdi. Məhz Onun fərmanı ilə Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Cənab Prezident İlham Əliyev də Milli Elmlər Akademiyasına davamlı diqqət və qayğısını əsirgəməmişdir, Onun 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında çıxışı və dəyərli tövsiyələr verməsi AMEA-ya xüsusi hörmətin nümunəsidir".


V.Abdullayev Ramiz Mehdiyevin rəhbərliyi dövründə AMEA-nin xoşagəlməz hadisələrin yaşandığı ünvana çevrildiyini, çoxəsrlik elmi tariximizə və elm ictimaiyyətinə yaraşmayan halların baş verdiyini də vurğulayıb:

 

"Ramiz Ənvəroviçin antimilli siyasətinin qurbanına çevrilərək elm adamlarının yaradıcılıq ruhuna ciddi xələl gətirdi. Ancaq onun bu özbaşınalığı da çox çəkmədi və layiqli cəzasını aldı, bu gün o, təkcə, Azərbaycan elminə deyil, Ulu öndərə, Cənab İlham Əliyevə və dövlətçiliyimizə qarşı çıxan Vətən xaini kimi qanun qarşısında cavab verməkdədir". 


V.Abdullayev əmindir ki, AMEA elm ocağı kimi daha böyük nəticələrə nail olacaq:

 

"Bu gün AMEA-nın qarşısında yeni üfüqlər açılıb, sağlam yaradıcılıq mühiti və əsil elmi rəqabət meydanı yaranıb, Akademiya əqidəli və layiqli insanların elm ocağı kimi yeni mərhələsini yaşayır. 
Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qarşısında və elm və təhsilin, sənayenin vəhdətinin quran AMEA qarşısında yeni vəzifələr durur. 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin də vurğuladığı kimi Akademiyamız Azərbaycanın yeni inkişaf reallıqlarına uyğun elmi-iqtisadi-sənaye uğurları, intellektual mülkiyyət, zəka məhsulları yaradılmasına töhfə verməlidir.
İnanıram ki, AMEA qarşıya qoyulan bu tapşırıqları yerinə yetirəcək".


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR