Türkiyəli aparıcıların Narin faciəsi ilə bağlı hərəkətləri şoka saldı - VİDEO

Türkiyəli aparıcıların Narin faciəsi ilə bağlı hərəkətləri şoka saldı - VİDEO

Türkiyədə itkin düşdükdən 19 gün sonra meyiti tapılan və vəhşicəsinə qətlə yetirildiyi öyrənilən səkkiz yaşlı Narinlə bağlı ortaya çıxan təfərrüat ölkəni yasa boğmağa davam edir. Bəzi məşhurların bu faciədən reytinq naminə istifadəsi isə xalqı daha da qəzəbləndirib. Belə hadisələrdən biri "Beyaz TV"də yayımlanan "Söylemezsem Olmaz" verilişində yaşanıb.

 

Sfera.az-ın verdiyi məlumata görə, verilişin aparıcısı Hande Sarıoğlu efirdə "Narin üçün fəryad qoparırıq" deyərək, digər aparıcılarla birlikdə qışqırmağa başlayıb.

 

Bu anlar sosial mediada yayılaraq, izləyicilərin qəzəbinə səbəb olub. İnsanlar aparıcıları reytinq uğrunda hər şeyi etməkdə günahlandırıblar.

 

"Belə bir faciəni şouya çevirmə artıq...", "Reytinq naminə nələr edilir", "Başqa "parlaq" fikirləriniz də var?" və s. kimi şərhlərlə istifadəçilər sosial şəbəkələrdə aparıcıları kəskin tənqid ediblər. (Oxu.az)

 


OXŞAR XƏBƏRLƏR