İlham Əliyevin sözündən üç saat sonra...
Azərbaycanın Türkiyəyə göndərəcəyi “BE-200ÇS” amfibiya tipli təyyarə gecə saatlarında İzmirdə olacaq.
Sfera.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.
Onun sözlərinə görə, təyyarə yerli vaxtla saat 23:00-da Adnan Menderes adına hava limanına enəcək.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Ərdoğan telefon danışığı zamanı Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb.
Azərbaycanın dövlət başçısı isə amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyib. Prezidentlərin telefon danışığından təxminən üç saat sonra sözügedən təyyarə qeyd edilən ünvanda olacaq.