İlham Əliyev İslamabadda hərbi sərgi ilə tanış oldu - FOTOLAR


İlham Əliyev İslamabadda hərbi sərgi ilə tanış oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda (NASTP) hərbi sərgi ilə tanış olub.

 

Sfera.az xəbər verir ki, dövlətimizin başçısına sərgi haqqında məlumat verildi.

 

Bildirildi ki, müxtəlif bölmələrdən ibarət sərginin "NASTP Alpha" hissəsində Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilir. Bu bölmədə, həmçinin "NASTP PSDP", Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir. NASTP özündə İnkişaf etməkdə olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST) bir neçə imza təlim mərkəzini, eyni zamanda, İnkişaf Edən Texnologiyalar və Sistemlər Məktəbini birləşdirir. Sərginin "NASTP Alpha" hissəsində Aviasiya Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir.

 

NASTP Aviasiya Akademiyası "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nın qabaqcıl layihəsi olmaqla dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilmək niyyətindədir.

 

Sərginin "Alpha Techno" guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunur.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bu pəhriz insanı gəncləşdirir - Alimlərdən yeni ARAŞDIRMA

İki ay ərzində vegetarian pəhrizə riayət etmək bioloji yaşı geri qaytara bilər. Sfera.az xəbər verir ki, hüceyrələrin funksiyasının azalmasını ifadə edən b...

Paytaxtı bəzəyən bu gül zəhərlidir?- VİDEO

Son günlər bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və “söyüd gülü” kimi tanınan “oleandr”ın zəhərli olduğunu bildiri...

Spirtli içkilər ömürdən neçə il alır? - Narkoloqdan AÇIQLAMA

Moskva Səhiyyə İdarəsinin baş ştatdankənar mütəxəssisi, psixiatr-narkoloq Anton Masyakin bildirib ki, alkoqolizm səbəbindən insan ömrünün uzun illərini itirə bi...

Olimpiya qızıl medalçısı parkda yatır - FOTOLAR

Parisdə 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Ceccon Olimpiya kəndi parkında dəsmal üzərində yatarkən görüntül...

Plastik əməliyyatdan sonra yeni pasport almağı məsləhət görüblər - FOTOLAR

Adı Ketrin olan qadın komplekt plastik cərrahiyyə və bir sıra digər estetik əməliyyatlar keçirib. İndi ona yeni pasport almağı məsləhət görürlər ki, sərhədi keç...

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Nəsimi rayonunun və Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azəriqaz&rdq...