TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər.

 

Sfera.az xəbər verir ki, bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.

 

Bəyannamədə qeyd edilir ki, dövlət başçıları BMT-nin İqlim Dəyişmələri Konfransının illik təqvimində “Dağlar və İqlim” adlı yeni qlobal dialoqun yaradılması təşəbbüsünün təşviqində iştirak etməyə hazır olduqlarını bildirir və “Dağ gündəliyinin irəlilədilməsi üçün fəaliyyətə çağırış: UNFCCC çərçivəsində əsas dağlar” sənəd layihəsinə qoşulmağı nəzərdən keçirirlər, Qazaxıstanın 2026-cı ildə BMT və beynəlxalq təşkilatların himayəsi altında Regional İqlim Sammitinə ev sahibliyi etmək təşəbbüsünü alqışlayırlar.

 

Qeyd edək ki, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib.


OXŞAR XƏBƏRLƏR