Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu - FOTO + VİDEO

Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu - FOTO  + VİDEO
 
Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb.

Sfera.az xəbər verir ki, qayda pozuntusu ilə bağlı vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.

Rəsmi cavab məktubu vətəndaşın müraciətinə cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsindən göndərilib.  

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ilə əlaqə saxladıq.

V.Əsədov Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:
 
"Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini "YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib”.
 
V.Əsədov onu da əlavə edib ki, Əsəd Dədəverdiyev 2020-ci ilin ilk dörd ayı ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə doqquz belə müraciət ünvanlayıb:

"Dədəverdiyev Əsəd İntiqam oğlu 2016-cı ildən bizə bu tipli müxtəlif müraciətlər ünvanlayır. Təkcə 2020-ci ildə onun ünvanlandığı doqquz bu tipli müraciət tərəfimizdən cavablandırılıb. 2019-cu ildə vətəndaşın bənzər daha yeddi müraciətinə baxılıb və cavablandırılıb. Sonuncu müraciət əsasında, onunla şəxsən əlaqə saxladım. Cavab məktubunun öz adının gizlədilməsi surətilə sosial şəbəkədə paylaşmasının səbəbini soruşdum. Vətəndaş cavab olaraq bizə öz hüquq və vəzifələrindən istifadə etdiyini bildirdi”.

Qeyd edək ki, cavab məktubunda yol hərəkəti qaydalarını pozan 99-YP-410 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşının aidiyyəti üzrə intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
 

 

OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...