Goranboyda nənə və nəvə qazdan zəhərləndi

Goranboyda nənə və nəvə qazdan zəhərləndi
Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub. (APA)

OXŞAR XƏBƏRLƏR