Generalın rəis qardaşı xidməti otağında özünü GÜLLƏLƏDİ

Generalın rəis qardaşı xidməti otağında özünü GÜLLƏLƏDİ
Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tapança ilə vuraraq öldürüb.

Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.


OXŞAR XƏBƏRLƏR