Gənc deputat qadınların 8 Mart bayramını təbrik etdi

Gənc deputat qadınların 8 Mart bayramını təbrik etdi
 "Qadın işıqdır, qadın nurdur, qadın əxlaqdır, qadın ailədir, qadın ocaqdır, qadın dövlətdir, qadın milli kimlikdir, ən əsası da qadın anadır, bacıdır, yardır! Bu gün Sizin gününüzdür əzizlərimiz!"

Gənc deputat Bəhruz Məhərrəmov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda Birinci xanım Mehriban Əliyeva olmaqla öz seçki dairəsindən ona səs verən və bütün xanımları təbrik edib. Bəhruz Məhərrəmov qadınların ünvanına xoş sözlər söyləyərək onlara əbədi xoşbəxtlik və uğurlar arzulayıb.
 
Gənc deputatın statusunu təqdim edirik:

"Qadın işıqdır, qadın nurdur, qadın əxlaqdır, qadın ailədir, qadın ocaqdır, qadın dövlətdir, qadın milli kimlikdir, ən əsası da qadın anadır, bacıdır, yardır!
Bu gün Sizin gününüzdür əzizlərimiz! Bu münasibətlə milli-mənəvi dəyərimizə, cəmiyyətimizdə barışdırıcı qüvvəyə çevrilmiş Mehriban xanım Əliyeva başda olmaqla, Azərbaycan qadınını, ələxsus da seçki dairəm Biləsuvardan olan analarımızı, bacılarımızı, qız övladlarımızı səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Allah heç bir evi, ocağı qadınsız qoymasın, sağlam, xoşbəxt yaşayın əziz xanımlarımız!

Biz Sizlərlə güclüyük!"

OXŞAR XƏBƏRLƏR