Gələn aydan bizi yeni qadağalar gözləyir?

Gələn aydan bizi yeni qadağalar gözləyir?
Bizdə COVİD-lə bağlı tətbiq edilən məhdudiyyət Türkiyədən betərdir. Bizdə insanlar SMS-lə küçəyə çıxırlar.

Sfera.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, Yeni il ilə əlaqədar Türkiyədə tətil günlərində tətbiq ediləcəyi nəzərdə tutulan qadağaların Azərbaycanda da tətbiqinə ehtiyac yoxdur:

"Bir ildir ki, insanlar SMS-lə küçəyə çıxırlar. 2-3 saat icazə verirlər. 2 saat müddətində insanlar, onsuz da, evindən uzağa gedə bilməz axı, hara gedəcəklər ki?! SMS rejimi Türkiyədə dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvara kimi "evdə qalmaq" rejiminə uyğun küçəyə məhdudiyyətlə çıxmaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhalinin yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcəyi qərarından da sərt karantin rejimidir. Bundan da sərti ola bilməz axı.

Türkiyədə yayda toylara icazə verdilər orada yayda ad günlərini qeyd etməyə icazə verdilər. İnsanlar çimərliklərə getdilər, istirahət etdilər. Bizdə yayda heç o da mümkün olmadı axı. Bizdəki koronavirusla bağlı vəziyyətlə Türkiyədəki eyni deyil. Türkiyədə 10 günlük, 20 günlük, 5 günlük sərt karantin tətbiq edirlər, sonra ləğv edirlər. Amma bizdə insanlar 9 aydır ki, sərt karantin rejimində yaşayırlar. Dünyanın heç bir yerində bu qədər sərt karantin rejimi olmayıb. Və nəticəyə baxaq, virusun yoluxmasına görə 220 ölkə içərisində Azərbaycan 45-ci yerdədir. Ona görə ki, insanlarda kollektiv immunitet yaranmır. Çünki insanlarda istirahətlə, çimərliklərlə əlaqədar D vitamini yaranmadı.

İqtisadiyyata nə qədər ziyan dəyir. Bütün dünya ölkələrində sərt karantin rejimi 3 gün, 40 gün, 2 ay tətbiq olunur. İtaliya İtaliyadır ki, koronavirusun ən ağır dövründə bir aydan sonra hər yumşalmaya getdi, hər yer açıldı".


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...