“Futbolumuzu sahibkarlar xilas edəcək” – DEPUTATDAN TƏKLİF

“Futbolumuzu sahibkarlar xilas edəcək” – DEPUTATDAN TƏKLİF
 

"Futbola özəl sektor cəlb olyunmalıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanın futbol üzrə milli komandasının hələ də axsamaqda davam edərək növbəti dəfə Slovakiya millisinə 1-5 hesabı ilə uduzmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.


Deputatın fikrincə, yalnız sahibkarların prosesə cəlb olunması Azərbaycan futbolunu düşdüyü biabırçılıqdan xilas edə bilər:


"Azərbaycanda futbola daha çox biznes sahəsi kimi diqqət yetirmək lazımdır. Həmçinin, elə etməliyik ki, iş adamları həvəslə bu prosesə cəlb olunsunlar. İkinci bir tərəfdən, bölgələrdə futbolun inkişafına xüsusi önəm verilməlidir. Bölgələrin heç bir komandası ölkə çempionatının yüksək liqasında iştirak etmir. Belə baxanda elə təsəvvür yaranır ki, əslində keçirilən Bakı çempionatıdır. Faktiki olaraq "Qarabağ” klubu da Bakı komandası kimi fəaliyyət göstərir. Ona görə də Azərbaycan futbolunda yaranmış vəziyyət çox ciddi problemdir və narahatedici məsələdir. Ərazimiz böyük olmasa da, hələ də futbolu əsaslı şəkildə bölgələrə yaya bilməmişik. Lənkəran kimi yer futbola həsrətdir”.


F. Mustafa millimizin belə ağır məğlubiyyətlərə düçar olacağını gözləyidiyini də gizlətməyib: "Azərbaycanın futbol millisinin əldə etdiyi nəticələr gözlənilən idi. Həmin səbəbdən də burada təəccüblənməli bir şey yoxdur. Millimizin belə rüsvayçı nəticələrə imza atması nə məşqçidən, nə rəhbərlik, nə də başqalarından asılı deyil. Ölkədə sahibkarlıq real olaraq inkişaf etsə,futbol sahəsində də inkişafa nail ola biləcəyik. Bu sahəyə özəl sektor cəlb olunmalı, ora pul yatırılmalıdır. "Bakı” futbol klubunun gözəl meydançası vardı, onu darmadağın etdilər. Uşaqlarımızın bu prosesə cəlb olunması üçün meydançalar lazımdır. İdmanın demək olar ki, bütün sahələrində belə bir axsama var. Birinci dəstədə oynayan futbolçuya ayda 300 manat verilirsə, bir oyunu satmaqla 2 min manat qazanırsa, onun nəyinə lazımdır, komandasının qələbə qazanması”.


 

Elçin


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...