Fransadan Qarabağa gələn erməni könüllü dəhşətli şeylər yazdı: \"Gözümün qabağında 200 əsgər öldü\"

Fransadan Qarabağa gələn erməni könüllü dəhşətli şeylər yazdı: \
"Artur Oqanisyan əslən Gümrüdən olan Fransa vətəndaşıdır, könüllü Qarabağa gəlib”.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Meydan TV-nin əməkdaşı Həbib Müntəzir öz Telegram kanalında paylaşıb.
 
H.Müntəzir bildirir ki, Oqanisyan Azərbaycan Ordusunun Cəbrayılı almasından sonra geri dönüb:

"Artur Oqanisyan deyir: Onlar (Ermənistan hökuməti) insanları aldadır, 18 yaşlı əsgəri təkcə avtomatla cəbhəyə göndərirlər. Deyirlər bağışlayın güllə yoxdur, tank yoxdur, bronjilet yoxdur. Orada heç nə yoxdur! Dünən Hadrutda olduq, zabitlər gəlmişdi. Dedilər komandiri mühakimə edəcəklər. Gecə cavanları yığıb və Cəbrayıldan getmələrini söyləyib. O, rəhbərliyin əmrinə qulaq asmayıb. Komandir bunları dedi: "Cavan uşaqlardır, 10 gündür orduya çağırılıblar və artıq əllərinə avtomat veriblər". Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən hərbi xidmətdə olmuşam, hərçənd orada bu da kömək etmir. Avtomat aviasiya və artilleriyaya qarşıdır. Mən orada canlı meyidəm. Bizim xətdə gözümün qabağında 200 nəfər öldü. Ümumilikdə orada minlərlə ölü var. Bu savaşa baxandan sonra başa düşdüm ki, hər şeyi verəcəyik. Onlar Laçını almaq istəyir, amma elə kökləniblər ki, Ermənistana da gedə bilərlər”.


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...