Fəzail Ağamalı: \"Sərtləşdirilmiş karantin rejiminin müddəti koronavirusun yayılmasından asılıdır\"

Fəzail Ağamalı: \
 

"Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə,ağır itkilərin qarşısını almaq mümkün olmayacaq”.

BunuAPA-ya açıqlamasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bu, milli təhlükəsizlik məsələsidir və dövlət, yerli icra, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır:"Vətəndaşlarımız sadəcə üç adi qaydanı gözləməklə bu virusa qarşı mübarizədə dövlətə dəstək ola bilər. Yəni,həmrəylik, birliknümayiş etdirdiyi kimi, məsuliyyət, nizam-intizam göstərilməlidir. Vətəndaşlar tərəfindən məsuliyyətsizşəxslərəqarşı ictimai qınaq artırılmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir.Eyni zamanda,qaydalara əməl etməyənlərvətəndaşlarımıztərəfindəntənbeholunmalıdır.Çünki bu virusa yoluxan bir nəfər yüzlərlə, hətta minlərlə vətəndaşı yoluxdura bilər. Polis insanlarıvirusdanqorumaq üçün gecə-gündüz fasiləsizçalışır.Unutmaq olmaz ki,bir xəstənin müalicəsi üçünçox saydahəkimvə tibb işçisiçalışır. Onlar gecə-gündüz kombinezonda, eynəkdə, maskada ağır durumda öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Müşahidələr göstərir ki, son dövrlər gənclərimiz arasında məsuliyyətsiz davranışlar artmaqdadır. Onlar elə düşünürlər ki, xəstəlik onlar üçün təhlükəli deyil. Ancaq onlar ciddi şəkildə yanılırlar. Bütün bu davranışlar aradan qaldırılmalıdır. Biz ciddi dövlət nəzarəti ilə bərabərinsanlarımızın yüksək məsuliyyəti ilə bu vəziyyətdən az itkilərlə çıxa bilərik.Unutmamalıyıq ki, sabah bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanlar harada yerləşdiriləcək? Yerləşdirilksə belə, həkimlərin sayı necə artırılacaq? Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Deputat nəzərə çatdırıb ki, bundan öncə həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu:"Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meyilləri başladı. Ancaq bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmədilər və biz yenidən sərtləşmə tədbirlərinə getməyə məcbur olduq. Maska, məsafə və dezinfeksiya insanları qoruyur. Ancaq yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulduğuna görə,yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Sərtləşdirilmiş rejimin müddəti koronavirusun yayılmasından asılıdır. Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə ala bilsinlər”.

F. Ağamalı qeyd edib ki, koronavirusun hələlikdərmanı, peyvəndi tapılmayıb:"Biz bu xəstəliklə yaşamağa məcburuq. Azərbaycan dövləti hər zaman olduğu kimi Azərbaycan vətəndaşının yanındadır. Azərbaycan hökuməti üçün ölkə başçısının da qeyd etdiyi kimi,hər zaman əsas prioritet vətəndaşlarının sağlamlığıdır. Dövlətimiz insanlarımıza xüsusi diqqət və qayğı göstərməkdədir. Bundan öncə 600 mindən çox vətəndaşımız 190 manatla təmin olundu. Yenidən xüsusi sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bu vəsaitin vətəndaşlara verilməsi üçün qərar qəbul edilib.İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara da dövlət öz köməyini göstərdi. Sosial layihə ixtisar edilməyib- məcburi köçkünlər üçün şəhərciklər salınır, məktəblər, yeni yaşayış kompleksləri tikilir. Əminəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalacaq. Dövlətimizlə bərabərf bu ağır bəladan az itki ilə çıxacağıq”.



OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...