“Fəlakət” boşanmayıb

“Fəlakət” boşanmayıb

 

 

Ötən il fevral ayında ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması haqqında məlumatlar yayılıb. Axsam.az saytının yaydığı xəbərə görə, cütlük artıq bir müddətdir ayrı evlərdə yaşayır.

E.Orucovun prodüseri Abbas Kərimli Oxu.Az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

"Elşən ilə İlahə boşanmayıblar. Bu, şayiədir”.

Qeyd edək ki, Elşən Orucov "Fəlakət” obrazı ilə məşhurlaşıb.

Xatırladaq ki, aktyor və xanımı ATV-də bir yerdə çalışan zaman tanış olublar. Cütlüyün bu nikahdan 2018-ci ilin dekabrında qız övladı dünyaya gəlib.


OXŞAR XƏBƏRLƏR