Erməni katalikosu: \"Ermənistan heç vaxt belə ağır duruma düşməyib\"

Erməni katalikosu: \
"Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

Sfera.az "Aysor”a istinadən xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.

Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: "Allah eləməsin, ancaq təhlükə həmişə var”.

Qaregin II deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: "Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstün təşkilatdır: "Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Qaregin II qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: "Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”.

OXŞAR XƏBƏRLƏR

Son 20 ilin ən güclü maqnit qasırğası: Nələrə diqqət yetirməliyik?

Mayın 11-də Günəşdə silsilə partlayışlardan sonra Yer kürəsində son 20 ildə ilk dəfə olaraq yüksək səviyyəli maqnit qasırğası baş verə bilər.   Sfera...

AZAL-ın kollektivi Heydər Əliyevin əziz xatirəsini YAD ETDİ - FOTO

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.   Sfera.az xəbər verir ki, “Azərbaycan Hava Yol...

Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...

Astrologiya insanların şəxsiyyətinə və davranışına təsir edən bir çox amilləri araşdırır. Bu baxımdan bəzi bürclər digərlərinə nisbətən daha sevgi dolu, həssas ...

Prezident və xanımı təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində işt...

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin XİLASKARIDIR

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını özünün gərgin əməyi və titanik fəaliyyəti ilə sübuta yetirmişdir.   Azər...

Ceyhun Bayramov Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə İNANIR

Azərbaycan XİN rəhbəri Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır.   Sfera.az xəbər verir ki, Azərbaycan xarici işlər naziri C...