Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi

Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanın "Dostluq” ordeni ilə təltif olunub.

Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev aprelin 10-da ordeni səfirə təqdim edib.

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

OXŞAR XƏBƏRLƏR