Əli Heydərovun qatili həbsxanada cəzalandırıla bilər - DETALLAR

Əli Heydərovun qatili həbsxanada cəzalandırıla bilər - DETALLAR
Azərbaycanlı "oğru” Əli Heydərovun (Albert Rıjı) qətlində təqsirləndirilən Mətləb Sultanov Rusiyanın "Matrosskaya tişina” həbsxanasında kriminal qaydalarla cəzalandırıla bilər. 

Sfera.az  xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, kriminal dünyada artıq Əli Heydərov və Nadir Səlifovun (Lotu Quli) qətlinin səbəbləri ilə bağlı qaranlıq qalan heç bir nüans yoxdur. Hər iki "oğru”nun nüfuz savaşının qurbanı olduğu bəllidir. 

Əli Heydərov 12 aprel 2021-ci il tarxidə qətlə yetirilib. O, Moskvada "Alıye parusa” fitnes mərkəzində öldürülüb. Hadisədən dərhal sonra qatil həbs olunub. Əli Heydərovu qətlə yetirən Mətləb Sultanov istintaqa ifadəsində olayın sifariş və "oğru”lar arasında qarşıdurmanın nəticəsi olmadığını, Əli Heydərovla şəxsi ədavətinin olduğunu və buna görə də onu qətlə yetirdiyini deyib. 

Bildirilir ki, Mətləb Sultanov həbsxanaya göndərildikdən sonra məhkumlara onu "oğru”nun qatili olaraq cəzalandırmaqla bağlı məktub (malyava) göndərilib. Bu baxımdan, həbsxananın rəhbərliyi Mətləb Sultanovu təkadamlıq kamerada saxlamağa məcbur olub. Lakin Sultanovu sona qədər qorumaq mümkün olmaya bilər.

Mətləb Sultanov həbs olunduqdan sonra daha bir faktın üstü açılıb. Hüquq-mühafizə orqanları Sultanovun saxlanıldığı həbsxanada cəza çəkən nüfuzlu kriminalitetlərlə "Lotu Quli"nin qardaşı, "oğru” Namiq Səlifovun (Namiq Bakinski) telefon danışıqlarını üzə çıxarıb. Bəlli olub ki, Namiq Səlifov kriminalitetlərlə Mətləb Sultanov barədə danışaraq, onunla normal davranmağı tövsiyə edirmiş.

Bu fakt Əli Heydərovun qətlində Namiq Bakinskinin də rolunun olması barədə şübhələri artırıb. "Albert Rıjı" ilə Namiq Bakinski arasında konfliktin olması kriminal dünyaya məlum faktdır. Konfliktin kökü isə uzun illərə söykənir. 

"Lotu Quli" azadlığa çıxandan sonra çox sürətlə kriminal dünyada əsas söz sahibinə çevrilə bilmişdi. Bu aləmin nüfuzlu şəxslərinin əhəmiyyətli hissəsi Nadir Səlifovun ətrafında təmərgüzləşmişdi. Həmin vaxtlarda mərhum "oğru” Aslan Usoyanın (Ded Xasan) klanına daxil olan "Albert Rıjı" Rusiyanın iri bazarlarına nəzarət edirdi. Kriminal dünyada az qala "nömrə 1” statusu qazanan "Lotu Quli" isə "qara pullar”ın bir mərkəzdən idarə olunmasına çalışırdı ki, bu da onun bəzi "oğru”larla, o cümlədən "Albert Rıjı" ilə toqquşmasına səbəb olmuşdu. Namiq Səlifovla Əli Heydərov arasındakı qarşıdurma da buradan qaynaqlanır.

2020-ci ildə "Lotu Quli" Türkiyədə qətlə yetirildi. Tərəfdarları onun qətlində 3 nəfərin rolunun ola biləcəyini ehtimal edirdi. Bunlardan biri "Albert Rıjı" idi ki, onun "Lotu Quli" ilə münasibətlərinin gərgin olduğunu qeyd etdik. Digər iki nəfərə gəlincə, onlardan biri "oğru” Rafiq Eyvazov (Rafiq Masallı), digəri isə kriminal dairələrdə də kifayət qədər nüfuz sahibi olan iş adamı Zaur Əhmədovdur. Rafiq Eyvazov "Lotu Quli"nin adamları tərəfindən həqarətə məruz qalmışdı. Nadir Səlifova yaxın kriminalitetlər onun qulağını kəsmişdi. Zaur Əhmədov isə mərhum "oğru” Rövşən Lənkəranskinin yaxın qohumudur. Rövşən Lənkəranski ilə "Lotu Quli" arasında münasibətlərin o qədər də ürəkaçan olmadığı isə sirr deyil. Hətta Lənkəranskinin qətlində Nadir Səlifovun da rolunun ola biləcəyi barədə iddialar irəli sürülür.

Beləliklə, iddialara görə "Lotu Quli"nin tərəfdarları bu 3 şəxsi hədəf seçibmiş. Onlardan biri - "Albert Rıjı" artıq qətlə yetirilib. Lakin onun ölümü ilə problem həllini tapmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Əli Heydərovun qatilini həbsxanada cəzalandırmaq planı var. Əgər Albertin ölümündə doğrudan da "Lotu Quli" tərəfdarlarının rolu varsa, mümkündür ki, Mətləb Sultanov canını qurtarmaq üçün bunu etiraf etsin. O halda "Lotu Quli"nin tərəfdarları üçün əlavə problemlər yarana bilər. 
 
(qaynarinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi...” - Azərbaycanda şok olay

Gəncə şəhərində 1994-cü il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində bacısının əri Valeh və onun qardaşı Mədətə (adlar şərti verilib - red.) xəsarət yetirib...

Azərbaycanda dəhşət: 48 yaşlı kişi qardaşı qızına dəfələrlə təcavüz etdi

Bərdə rayonunda 1973-cü il təvəllüdlü Məmməd ögey qardaşının qızı Pərvanəyə (adlar şərti verilib - red.) təcavüz edib. Sfera.az  Teleqraf.com-a istin...

Azərbaycanda restoran sahibi HƏBS EDİLDİ

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a veril...

Əli Heydərovun qatili həbsxanada cəzalandırıla bilər - DETALLAR

Azərbaycanlı "oğru” Əli Heydərovun (Albert Rıjı) qətlində təqsirləndirilən Mətləb Sultanov Rusiyanın "Matrosskaya tişina” həbsxanasında kriminal qaydalarla cəza...

Vannada qollarını və başını kəsib, sonra... - Əri Lider Tv-nin keçmiş əməkdaşını necə öldürüb?

"Lider” televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çı...

“Həmişə gülmək istəmişəm ürəkdən, demisən “şitlik eləmə”” - Xanımın məktubu üzə çıxdı

Bakıda 24-cü polis şöbəsində polis əri İsmayıl Məmmədov tərəfindən öldürülən Xanım Məmmədovanın çantasından məktub tapılıb. Sfera.az  xəbər verir ki,...