\"Eldəniz Səlimovun polisi döyməsi bütün cəmiyyətə açıq hörmətsizlikdi\"

\
"Qanunverici hakimiyyətdə təmsil olunan, seçicilərinin hüquqlarını qorumalı olan bir millət vəkili qanunlara tüpürərək qanun keşikçisini döyməsi, eyni zamanda bu əməli ilə həm də seçicilərinin hüquqlarını kobud formada pozması misilsiz cinayətdir. Belə, özünü apara bilməyən, psixoloji durumu yerində olmayan, harınlamış şəxslərin adlarını millət vəkilliyinə namizəd vermiş Yeni Azərbaycan Partiyası və iqtidar çox ciddi düşünməlidir… Karantin dövrünün tələblərinə deputat əməl etməyəndən sonra hansısa sadə vətəndaşdan bunu tələb etmək nə qədər doğrudur?!" 

Sfera.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu rəsmi Facebook səhifəsində paylaşıb.

"YAP üzvi, millət vəkili Eldəniz Səlimovun polisi döyməsi bütün cəmiyyətə açıq hörmətsizlikdir! 

Bütün bunlar azmış kimi Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur:
 
"Deputat kiminlə güləşir, öz işidir"… 

Anlamadım? Qanun hamı üçün deyil? Olmaya qanun yazan millət vəkilləri toxunulmazlıq hüququndan istifadə edərək yazdıqları qanunları tapdalamaq səlahiyyətinə də sahibdirlər?! Anlamaq bu qədərmi çətindir ki, Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir… Bu nə yanaşmadır hörmətli Eldar İbrahimov? Olmaya Milli Məclisin İntizam Komissiyasının sədri olaraq deputat həmkarınızın bu qanunsuz əməlindən danışmağa qorxursunuz ki, qoçu deputatcığaz Eldəniz Səlimov gəlib sizi də döyər… 

Ayıbdır! Vəzifənizin öhdəsindən gəlməkdə acizsinizsə istefa verin! 

Azərbaycanda heç kim, tutduğu qulluq mövqeyindən, vəzifəsindən, daşıdığı mandatdan asılı olmayaraq qanunlardan üstün deyildir. Polis qanun keçikçisidir. O, doğru olaraq öz vəzifəsini icra edib və etməlidir də. Necə ki, 1 il bundan öncə… Bakının Yasamal rayonunda vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarına qarşı edilmiş xırda ictimai hörmətsizliyə necə böyük maştabda cavab verilmişdirsə bu gün bu qoçu deputata da ondan da artıq cavab verilməlidir. Hesab edirəm ki, qoçu deputat Eldəniz Səlimov bu mandatı daşımağa layiq deyildir…"
 
Sfera.az
Gülər

OXŞAR XƏBƏRLƏR

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...

Tanınmış jurnalistə vəzifə verildi - FOTO 

Tanınmış jurnalist Ruslan Eldaroğluna vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.   Bildirili...