Ekspert Bakı Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməsini təklif edir

Ekspert Bakı Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməsini təklif edir

Ölkəmizin hava nəqliyyatına böyük həcmdə sərmayənin qoyulmasına və dövlət dəstəyinin təmin edilməsinə baxmayaraq bu sahədə olan xidmətlər əhalini qane etmir. Yaranmış vəziyyətdən çıxış yolu kimi hava nəqliyyatında özəl sektorun rolunun artırılması təklif edilir. Bu variant nə dərəcədə səmərəli ola bilər?


Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Abil Bayramov hesab edir ki, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanlar tanınmalıdır. Onun fikrincə, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün imkanların tanınması sərnişinlərin və yüklərin hava yoluyla minimum tranzit nöqtəsi ilə hərəkət etməsinə və nəticədə səyahət vaxtının azalmasına, müştəri məmnuniyyətinin artmasına və əməliyyat xərclərinin azalmasına kömək edə, daha ucuz aviabilet üçün potensialı formalaşdıra və rəqabət qabiliyyətliliyi artıra bilər.

 

"Dövlət və özəl müəssisələrin iştirakı fiziki infrastruktur layihələrinin maliyyələşdirilməsi baxımından da əhəmiyyətlidir”, - deyən ekspert söylədi ki, aviasiya infrastrukturu və avadanlıqlarının əsas elementləri olan hava limanı obyektləri və avadanlıqları (terminallar, uçuş-eniş zolaqları, texniki xidmət obyektləri), intermodallıq (hava limanları ilə əlaqə), donanma (təyyarələrə mülkiyyət forması və satınalma variantları), rabitə və naviqasiya avadanlıqları kifayət qədər maliyyə tutumuna malikdirlər:

 

"Bazarın tədricən liberallaşdırılması infrastruktura investisiyalar cəlb edə və aviaşirkətlər, yerüstü yükdaşıma, ictimai iaşə, texniki xidmət şirkətləri kimi xidmət tədarükçüləri üçün imkanlar aça, həmçinin, hava limanı obyektləri və avadanlıqları da daxil olmaqla aviasiya sektorunda çatışmayan kritik infrastruktur elementlərinə investisiyaları təşviq edə bilər. Gəlinən ümumi nəticə ondan ibarətdir ki, təhlükəsiz, etibarlı və effektiv aviasiya sektoru iqtisadi inkişafda mühüm rol oynaya bilər”.


Ekspert təklif edir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməsi imkanları da nəzərdən keçirilməlidir: "Bir sıra dünya ölkələri hava limanlarını dövlət nəzarətindən çıxarmağa və onları özəl idarəçiliyə verməyə başlayıb. Bunun üçün müxtəlif modellərdən istifadə edilib. Bir qayda olaraq, aktivlər hökumətin mülkiyyətində qalır, idarəetmə xidmətlərinin verilməsi üçün isə müəyyən müddətə konsessiya müqaviləsi bağlanılır.

 

Səudiyyə Ərəbistanında Mədinə hava limanı "TAV Turkish Airports Group” ilə bağlanmış müqaviləyə əsasən, "tikinti-əməliyyat-transfer” modelindən istifadə etməklə özəl idarəçiliyə keçib. Səudiyyə Ərəbistanının digər hava limanları, Ər-Riyadda Dublin Hava Limanı Təşkilatı və Ciddədə Dublin Airport Service də daxil olmaqla özəl inzibati firmalarla idarəetmə müqavilələri bağlayıblar. Braziliyada bir sıra hava limanları həm yerli, həm də xarici investorların iştirakı ilə 30-40 illik müqavilələr üzrə konsessiyaya əsaslanan idarəçilikdədirlər”.


A.Bayramov söylədi ki, hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığı təşviq edilməlidir. Onun sözlərinə görə, aviasiya sektorunda həm dövlət, həm də özəl maliyyə mənbələrinin olması mümkündür: "ava nəqliyyatında özəl investisiyalar xüsusilə sərnişin və yük daşımalarına yüksək tələbatın olduğu hallarda özünü döğruldur. Özəl sektoru təmsil edən müəssisələr hava limanı idarəçiliyi, uçuş zamanı iaşə xidmətləri, baqaj və digər yerüstü xidmətlər, pərakəndə ticarət mağazaları kimi sahələrdə xidmətlər təqdim edə bilərlər.

 

Belə xidmətlərin göstərilməsinə konsessiyaya əvəz olaraq özəl şirkətlər hava limanı infrastrukturu və avadanlıqlarına ilkin sərmayələri həyata keçirə bilərlər. Dublin Hava Limanı Təşkilatı, Çangi Hava limanı Xidməti (Changi Airport Service) və Münhen Hava Limanları Qrupu («Flughafen München GmbH») kimi hava limanı qrupları öz ölkələrinin hüdudlarından kənarda hava limanları idarəçiliyi üzrə xidmətlər təqdim edirlər”.


 

Vasif

 

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...