Əfv Komissiyasının iclasları başa çatdı - SİYAHI prezidentə təqdim edilir

Əfv Komissiyasının iclasları başa çatdı - SİYAHI prezidentə təqdim edilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı müraciətlərə baxılma prosesini artıq yenkunlaşdırıb.

Sfera.az xəbər verir ki, keçirilən iclaslarda 800-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.



OXŞAR XƏBƏRLƏR