Avropada satılan avtomobillərin 12 faizi elektromobildir
Avropa İttifaqında (Aİ) ötən il elektrik avtomobillərinin (elektromobil) satışda payı 12,1%-ə çatıb. Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2022-ci ildə benzinlə işləyən avtomobillərin satışı 12,8%, dizellə işləyən avtomobillərin satışı 19,7% azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı statistikaya əsasən keçən il ərzində Aİ ölkələrində satılan avtomobillərin 36,4 faizi benzin, 22,6 faizi hibrid, 16,4 faizi dizel, 12,1 faizi tam elektrikli, 9,4 faizi üç