Logo

Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq

Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün ilk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirəcək.

Sfera.az trend-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.

Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.

Qeyd edək ki, H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşəcək. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alacaq.

Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR