Böyük Britaniya Parlamenti sabah fəaliyyətini bərpa edəcək

Böyük Britaniya Parlamenti sabah fəaliyyətini bərpa edəcək
 

Böyük Britaniya Parlamenti sentyabrın 25-də işini bərpa edəcək.

Sfera.az-ın məlumatına görə,  APA-nın Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniya parlamentinin spikeri Con Berkou jurnalistlərə bildirib.

"Palataya göstəriş verdim ki, parlamentarilər sabahdan (25 sentyabr) öz işlərini bərpa etsinlər. Parlament üzvlərinin iclası yerli vaxtla sabah 11:30-da başlayacaq ”, deyə Berkou bildirib.
Berkounun sözlərinə görə, millət vəkilləri nazirliklərin işlərini, eləcə də həll edilməli olan bir neçə sənədləri nəzərdən keçirəcəklər. O qeyd edib ki, Baş nazir Boris Conson Nyu-Yorkda səfərdə olduğuna görə iclas keçrilməyəcək.
Parlamentin işinin dayandırılmasını ölkə üçün kritik bir zamanda deputatların hökumətin hərəkətlərinə nəzarət etməsinə mane olmaq cəhdi adlandıran spiker Con Berkou məhkəmənin hökmünü alqışlayıb.
Qeyd edək ki, bu gün İngiltərə Ali Məhkəməsi Baş nazir Boris Consonun parlamentin fəaliyyətinin oktyabrın 14-dək təxirə salınması qərarını qanunsuz elan edib. Məhkəmə hökmünə görə, parlamentin işi dayandırılmış sayılmır, deputatlar özləri üçün əlverişli olan vaxtda işlərini bərpa edə bilərlər.

 

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya kraliçası II Yelizaveta Baş nazir Boris Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləmişdi.


OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...