Logo

Əlcəzairdə xəstəxana yanıb-Yeni doğulmuş 8 körpə ölüb

Əlcəzairdə xəstəxana yanıb- Yeni doğulmuş 8 körpə ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əlcəzairdə xəstəxananın doğum şöbəsində baş verən yanğında 8 yeni doğulmuş körpə ölüb.

APA-nın "İndependent" qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın gecə saatlarında paytaxt Əlcəzair şəhərindən cənub-qərbdə yerləşən El Oued qəsəbəsindəki xəstəxanada qeydə alınıb.

Əlcəzair Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib ki, 11 körpə, 107 qadın və xəstəxanada çalışan 28 nəfər xilas edilib.

Əlcəzairin Baş Naziri hadisənin araşdırılması ilə bağlı göstəriş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR