Logo

Məhkəmə Koçaryanla bağlı qərar verdi

Məhkəmə Koçaryanla bağlı qərar verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Anna Danibekyanın rəhbəri olduğu Yerevanın ictimai hüquq məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.

Sfera.az "Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, Danibekyan Koçaryan tərəfinin sabiq prezidenti dərhal azad etməsi ilə bağlı şikayətini rədd edib.

O bildirib ki, sabiq prezident qərardan Apellyasiya Məhkəməsinə şikayət edə bilər.

Qeyd edək ki, sentyabrın 12-də Koçaryanın vəkilləri sabiq prezidentə qarşı azadlıqdan məhrumetmə qərarının dəyişdirilməsi ilə bağlı müraciət edib.

Xatırladaq ki, sabiq prezident 2008-ci il martın 1-də baş tutan aksiyaların dağıdılması işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham edilir. R.Koçaryan 2018-ci ildə iki dəfə həbs olunub. Bu il iyunun 25-də isə onun barəsində üçücü dəfə həbs qərarı çıxarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR