Kolumbiyada təyyarə qəzaya uğrayıb, 7 ölü
Kateqoriya məlum deyil
Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, insident Popayan şəhərində (Kauka departamentinin paytaxtı) baş verib.
Məlumata əsasən, Lopes-de-Mikay bələdiyyəsi istiqamətində uçan ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.






