Donald Tramp: "Ben Ladenin oğlu öldürülüb"
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp Həmzə ben Ladenin öldürüldüyünü təsdiqləyib.
Sfera.az xəbər verir ki, dövlət başçısı "Əl-Qaidə” terror təşkilatının yaradıcsı Usamə ben Ladenin oğlunun Əfqanıstan - Pakistan sərhəddində öldürüldüyünü deyib:
"Əl-Qaidə”nin yüksək rütbəli üzvü, Usamə ben Ladenin oğlu Həmzə ben Laden ABŞ-ın Əfqanıstan və Pakistan regionunda apardığı anti-terror əməliyyatının gedişində öldürülüb”.






