Xəstəxanada yanğın baş verib - 11 nəfər həyatını itirib
Kateqoriya məlum deyil
Braziliyanın Rio de Janeyro şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində 11 nəfər həlak olub.
Sfera.az bildirir ki, yanğın mərtəbələrin birində qısaqapanma nəticəsində başlayıb.
Alov sürətlə bütün binaya yayılıb. Xəstəxanada olan xəstələr və əməkdaşlar təxliyə olunub.
Yanğının söndürülməsi ilə bağlı işlər davam edir.






